“Azərsu” ASC Abşeron yarımadasında və respublikanın regionlarında tikinti-quraşdırma, qəza-bərpa işlərini həyata keçirərkən ərazidə qazılmış asfalt örtüyünün bərpasının satın alınması üçün tender elan edir.
Tikili və avadanlıqların alınması üzrə - BÖYÜK TENDER ELANI - SİYAHI
FED.az xəbər verir ki, tenderdə iştirak ödənişi 500 manatdır.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs: Abışev Murad Çingiz oğlu, Telefon: + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlu, Telefon: + 99 412 431 47 67 – daxili 2259, E-mail: [email protected]) ala bilərlər.
Tender iştirakçıları tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 oktyabr 2022-ci il saat 16.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19 oktyabr 2022-ci il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 20 oktyabr 2022-ci il saat 16.00-da açılacaqdır.