Milli Onkologiya Mərkəzi dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 25 590 037 manatlıq tenderin qalibi "Azəri-Med" QSC olub.
Xatırladaq ki, bundan əvvəl "Azəri-Med" QSC Milli Onkologiya Mərkəzinin kimyəvi dərman preparatlarının, reaktivlərin və bəzi tibbi sərf materiallarının satınalınması üzrə 23 586 957 manatlıq tenderini udub.