"Daşkəsən Dəmir Filiz” MMC Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satın alınması üzrə tender in qalibi məlim olub.
Eləcə də bax: Dövlət Agentliyi 2 milyon manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, 118 948 092 manatlıq tenderin qalibi “Azeri Mining Group” MMC olub.
Tenderdə nəzərdə tutulan işlər 2022-ci ildə başlayaraq 2025-ci ilədək davam edəcək.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satın alınması Açıq tender - ətraflı
- Lot 1: Cənub-şərq dəmir filizi mədənində üstaçma, partlayış və süxur daşıma işlərinin satın alınması
- Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H (Əlaqələndirici şəxs : ANNA ELYAŞİNA telefon : +99450 999 09 66) ünvanından ala bilərlər.
- İştirak haqqı:
- Lot 1 :800 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 30 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 60 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- -Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinə dair lisenziya və Əlavələri: qazma-partlayış işləri və qaya torpaqlarının çıxarılması; -Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Azərbaycan Respublikası Statistika Komitəsindən alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir) -Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (Malgöndərən (podratçı) sənədi uçotda olduğu vergi orqanından almalıdır. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayış 2021-ci ilin oktyabr ayında verilmiş olmalıdır); -Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; -Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsinə dair məhkumluq haqqında arayış (DİN və ya ASAN xidmət mərkəzlərindən).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18.11.2021 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26.11.2021 15:00 qədər Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 29.11.2021 15:00 tarixində Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.