Mərkəzi Bank əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.
FED.az xəbər verir ki tender proseduru 12 dekabr 2022-ci il saat 15:00-da Mərkəzi Bankın inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.
İddiaçı qismində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyası olan, müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.
Hesabat dövrünün sonuna iddiaçının məcmu kapitalı qanunvericiliyə müvafiq olaraq hesablanmış tələb olunan kapitalın məbləğindən az olmamalıdır.
Təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkəti Mərkəzi Bankın müvafiq reyestrinə daxil edilmiş təkrarsığorta şirkəti olmalıdır (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də).
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün ərizə;
- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri, bank rekvizitləri;
- iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, nağd pulun daşınması üzrə risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılığın surəti;
- tenderin Əsas şərtlər toplusunda müəyyən edilmiş reytinqə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat;
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;
- iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 27 yanvar 2023-cü il tarixədək qüvvədə olmalıdır);
- tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);
- son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış;
- tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
İddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci 09 dekabr 2022-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 01 dekabr 2022-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxsinə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.
İddiaçılar tenderdə iştirak etmək üçün Mərkəzi Bankın aşağıdakı hesabına 150 (bir yüz əlli) manat məbləğində iştirak haqqı köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
Müxbir hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK: NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Sığorta xidmətinin göstərilməsinə 01 yanvar 2023-cü il tarixdən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2023-cü il tarixdən başlanılır.
Sığorta xidmətinin göstərilməsi müddəti: 1 (bir) il.
Qiymətləndirmə meyarları: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri və şərtsiz azadolma məbləğləri.
Tenderdə iştirak etmək istəyən sığortaçılar iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasında Satınalmalar komissiyasının əlaqələndirici şəxsindən Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.
Tender üzrə əlaqələndirici şəxslər:
Elvin Şirdanov (Hüquq departamenti). Telefon: 493-11-22 (428).
Akif Əskərov (İnzibati və satınalmalar departamenti). Telefon: 493-11-22 (484).