"İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti “Gulfood 2026” sərgisində ölkəmizin vahid stendlə təmsil olunması, 25 yerli şirkətə məxsus məhsulların təşviq edilməsi və biznes görüşlərin keçirilməsi məqsədilə Expo City Sərgi Mərkəzində 174 kv.m-lik yerin icarəsi xidmətidir. Müqavilənin məbləği 311 586 manat təşkil edir.
Müqavilə "Dubai World Trade Centre Limited Liability Company" (VÖEN – 100242618500003) ilə bağlanıb.












