“Azərbaycan Dəmir Yolları” QSC teplovozların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub .
FED.az xəbər verir ki, “TE-10M seriyalı magistral teplovozların əsaslı təmiri işlərinin satın alınması” təkliflər sorğusunun qalibi AS “Даугавпилсский локомотиворемонтный завод” olub.
Şirkətlə 11 748 134 manat məbləğində müqavilə imzalanıb.