“Azəralümünium” ASC böyük həcmdə xammalın alınması üçün tender elan edib.
FED.az xəbər verir ki, 1 lot üzrə keçirilən tender çərçivəsində 220 000 ton qumvari metallurji sinifli gil-torpağın (Al2O3) satınalınması elan edilib.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə yazılı sürətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Gəncə şəhəri, Yevlax şosesi 53 ünvanından ala bilərlər. Əlaqə telefonu: (+99450) 273 13 45 Əlaqələndirici şəxs: Sofiya Aşirova Email: [email protected]
Tenderdə iştirak haqqı: 750 (yeddi yüz əlli) manat
Rekvizitlər: VÖEN: 1305481501
Bank: "Azərbaycan Beynəlxalq Bankı "Gəncə" filialı
Kod: 509352
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944 S.W.I.F.T. BIK:İBAZAZ2X
IBAN:AZ36IBAZ40040019446110810255 AZN
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü müddətində qüvvədə olmalıdır);
- malların təhvil verilmə qrafiki; - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanların tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və malların təchiz olunma qrafiki istisna olmaqla) 28 dekabr 2022-ci il saat 18:00 tarixinə qədər, malların təchiz olunma qrafiki, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 6 yanvar 2023-cü il 18:00-dək qədər Azərbaycan, Bakı şəhəri, Yasamal rayonu, İzmir 14, ASK Villa, 3-cü mərtəbə Azəralüminium MMC, tender komissiyasının sədri Oqtay Rəfiyevin diqqətinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 9 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 14:00 Azərbaycan, Bakı şəhəri, Yasamal rayonu, İzmir 14, AZ1065, ASK Villa, 3-cü mərtəbə, Azəralüminium MMC ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.