Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ““Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) yol xətlənməsi (maşın ilə (borum ilə))"nin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Yol Xətt” MMC olub.
Şirkətlə 5 525 383 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən 235.059,8 m(2) ərazinin sarı düz xəttlə xətlənməsi (0.17 (0.20) m.uzunluq 1 382 704.70 metr), 273.791,18 m(2) ərazinin ağ düz xəttlə xətlənməsi ( 0.15 (0.17) m.uzunluq 1 610 536.35 metr) və 83.874,03 m(2) ərazinin ağ kəsik xəttlə xətlənməsi (0.15 (0.17) m uzunluq 1 118 320.4 metr (3/3, 2/2, 1/1, 3/9, 5/15, 2/6)) nəzərdə tutulub. Ümumilikdə 592 725,01 m(2) ərazi xətlənəcək.