Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “"Yol nişanları, dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri, tənzimləyici nəqliyyat güzgüləri"nin satın alınması” tenderin qalibi “Yol Xətt” MMC olub.
Qalib şirkətə 986 032 manat ödəniləcək.
“Ölkə ərazisində dövlət‒ özəl tərəfdaşlığı əsasında yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılmasına dair konseptual araşdırma aparılması iş və xidmətlərinin satın alınması” tenderin qalibi “Yeni Fikir” MMC olub.
Qalib şirkətə 148 800 manat ödəniləcək.