Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs tərəfindən pikap (ikiqat kabin) tipli nəqliyyat vasitəsinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.
Lüks tender: Mərkəzi Bank “Lexus” üçün 469 min manat xərclədi
FED.az xəbər verir ki, ləğv səbəbi kimi “Satınalmalar haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının 3-dən az olması göstərilib.
Ehtimal olunan qiymət 46.271,19 manat idi. Müsabiqənin elan tarixi 03.04.2025, saat 10:17 olub. Təkliflərin təqdim olunması üçün son tarix 24.04.2025, saat 17:00, eyni tarixdə və saatda da zərflərin açılışı baş tutmalı idi.
Tenderin ləğvi hazırda bu istiqamətdə nəzərdə tutulan satınalma prosesinin dayandırıldığını göstərsə də, gələcəkdə yenidən elan olunma ehtimalı istisna edilmir.