Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi açıq tender elan edir.
Kürdəmirdə su kanalında təmir işləri bağlı – TENDER ELANI
FED.az xəbər verir ki, elanda torpaqların aqrokimyəvi analiz nəticələrinin əkin subsidiyasında avtomatlaşdırılması, fermerlərə analiz nəticələrinin elektron təqdim edilməsi və əkin subsidiyasının aqrokimyəvi analizlərə xərclənməsi mexanizminin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təşkili məqsədilə təkmilləşdirmə işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 1504595531
Satınalan təşkilatın ünvanı : Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A
Müsabiqənin başlama tarixi və vaxtı : 22.09.2023 14:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.10.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı : 23.10.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı : 24.10.2023 12:00
Ödəniş şərtləri : Müqavilə üzrə ödəmələr Satınalma müqaviləsi çərçivəsində yerinə yetiriləcək işlərə mütənasib olaraq İcraçının təqdim etdiyi sənədlər (elektron qaimələr, təhvil-təslim aktı, digər sənədlər) əsasında Sifarişçi tərəfindən bank hesabına manatla köçürməklə, lakin 15 bank günündən gec olmamaq şərti ilə həyata keçirilir.
Çatdırılma yeri : Aqrar Xidmətlər Agentliyi
Çatdırılma müddəti : 29.12.2023
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İddiaçının Nizamnaməsi, İddiaçının Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilən şəhadətnaməsi (VÖEN), İddiaçının dövlət reyestrindən çıxarışı;
Şirkətin rekvizitləri
Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə arayış
İxtisas göstəriciləri:
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, (vergi bəyənnaməsi) - müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (məhkumluq haqqında arayış);
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
Analoji satınalma predmeti üzrə iş təcrübəsinin olması
Daxili proseslərin avtomatlaşdırılması və elektron xidmətlərin yaradılması üzrə analoji iş təcrübəsinin olması
Elektron Hökumət İnformasiya Sistemi infrastrukturu ilə iş təcrübəsinin olması
İddiaçı satınalma müqaviləsinin icrasına cəlb olunacaq işçi heyyəti barədə məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Quliyeva Cəmalə , əlaqələndirici şəxs
Email: [email protected]
Əlaqə telefonu: 0124980844 (İP 5075)
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Torpaqların aqrokimyəvi analiz nəticələrinin əkin subsidiyasında avtomatlaşdırılması, fermerlərə analiz nəticələrinin elektron təqdim edilməsi və əkin subsidiyasının aqrokimyəvi analizlərə xərclənməsi mexanizminin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təşkili məqsədilə təkmilləşdirmə işlərinin satın alınması |
Əsas Şərtlər Toplusuna uyğun |
1 |
ədəd |