Azərbaycan Aqrar Sənaye Kompleksi MMC dəri barabanların satınalınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı
13.04.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Eləcə də bax: Kürdəmirdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Dəri baraban |
Avadanlığın adı: Çır-çır emal avadanlığı Ehtiyat hissənin adı: Dəri baraban Baraban diametri: 180 mm Baraban uzunluq (dərili hissə): 1050 mm Milin uzunluğu (boydan boya): 1440 mm Milin ilkin ölçüləri: 40x40 mm Milin rulmana oturacaq hissənin diametri: 30 mm Mil metal materialı: ST38 Əlavə tələblər: 1. Dəri baraban hazır olduqdan sonra üzərində kanallar açılmalı, çizilməli; 2. İstifadə olunacaq dəri təbii və istifadə olunmamış olmalıdır; 3. İstifadə olunacaq metal öncədən istifadə olunmamış olmalıdır; 4. Val işləmlərindən sonra yastıq keçən hissələr cilalanmalıdır; 5. İstifadə olunacaq taxta öncədən istifadə olunmamış və quru olmalıdır; 6. Mənşəə sertifikatı təqdim olunmalıdır 7. Hazır məhsəlun daşınmada zərər görməməsi üçün hazırlanması (ambalaj) |
749 |
ədəd |
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış - 2022-ci il tarixli olmalıdır.
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı - 2021-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surəti;
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki;
İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə - notarial qaydada təsdiq olunmuş sənədin skan forması;
İddiaçının rekvizitləri - notarial qaydada təsdiq olunmuş sənədin skan forması;
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat - arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır (may 2021-ci il tarixindən sonrakı müddəti əhatə etməlidir).
Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd - skan forması;
İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar - əlavə olunan cədvəl üzrə hazırlanmış, rəsmi təsdiq olunmuş sənədin skan forması.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Jalə Rüstəmova, böyük mütəxəssis
Əlaqə: +994555001295