Minatəmizləmə Agentliyi “Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Azərmaş Group" MMC olub. Şirkətlə 450 min manat məbləğində müqavilə imzalanıb.
Agentlik qalib şirkətdən 12 ədəd nəqliyyat vasitəsi alacaq. Nəticədə 1 nəqliyyat vasitəsinin dəyəri təxminən 37,5 min manat təşkil edir.
Qeyd edək ki, şirkətlə bundan əvvəl GDU-nun 43 min manat dəyərindəki “Yük nəqliyyat vasitəsinin satınalınması“ tenderi üzrə müqavilə imzalanıb (28.10.2022) .