Minatəmizləmə Agentliyi “Mobil videomüşahidə sisteminin qurulması işlərinin satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət " A2Z Technologies" QSC olub. Şirkətlə 476 min 416.08 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 3 milyon 787 min 283.16 manat məbləğində“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində istifadə üçün nəzərdə tutulmuş yeni nəsil şəbəkələrarası ekranların (Firewall), həmçinin mərkəzi idarəetmə sistemi və XDR həlləri üzrə texniki şərtlərə uyğun olaraq malların (işlərin və xidmətlərin)” satın alınması.” tenderi üzrə müqavilə imzalanıb. (25.11.2022)