Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi cari təmir işlərinin və tikinti mallarının satın alınması üzrə tender elan edir.
"Nərimanov Tibb Mərkəzi” - TENDER ELAN EDİR - ŞƏRTLƏR
FED.az xəbər verir ki, iddiaçılar sənədləri mayın 19-u, saat 17:00-a qədər təqdim etməlidirlər. Tenderdə iştirak haqqı 250 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - əsli və ya notarial təsdiq.
Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış- əsli və ya notarial təsdiq.
Tender iştirakçısının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq - səlahiyyətli orqan tərəfindən verilmiş arayış - əsli və ya notarial təsdiq.
Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat - əsli və ya notarial təsdiq.
Tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat - əsli və ya notarial təsdiq.
Rekvizitlər - PDF olunmuş;
Qeydiyyatdan keçdiyi ölkə - PDF olunmuş;
Nizamnamə - PDF olunmuş;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rüstəmov
Əlaqə: +994556536429