"Nərimanov Tibb Mərkəzi” maşın və avadanlıqların əsaslı təmiri xidmətlərinin satın alınması tender elan edir.
2.7 milyon manatlıq tenderi – BU ŞİRKƏT QAZANDI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 18.05.2022-ci il saat 15:00-a kimidir və iştirak ödənişi 150 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir və 01.03.2022-ci il tarixindən sonra alınmış arayış qəbul edilir.
İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar - ƏŞT-nin 6.1.9-cu maddəsində qeyd olunmuş cədvələ uyğun təqdim edilməlidir. Cədvəl şirkətin rəsmi blankında səlahiyyətli şəxs tərəfindən imzalanmalı və sənədin scan versiyası .pdf formatında portala əlavə edilməlidir.
Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası haqqında məlumat (ƏŞT-nin 5.2.1 maddəsinə uyğun - pdf formatda portala əlavə edilməlidir.
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat - statistika Komitəsi tərəfindən əldə edilmiş olmalı. Sənəd rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir.
Rekvizitlər - iddiaçının bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir.
Qeydiyyatdan keçdiyi ölkə - Dövlət Reyestrindən çıxarış notarial qaydada təsdiq olunaraq .pdf formatda portala əlavə edilməlidir.
Nizamnamə - əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə notarial təsdiq olunmuş .pdf formatda portala əlavə edilməlidir.
İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış - tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır. Məktubun əsli skan olunmuş şəkildə .pdf formatda portala əlavə edilməlidir.
İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı - keçən il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Şəhriyar Məmmədov
Əlaqə: 994552951555