Minatəmizləmə Agentliyi elektrik mallarının satın alınması üzrə tender elan edir.
Eləcə də bax: Dövlət Agentliyi 2 milyon manatlıq tenderin qalibini - AÇIQLADI
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 18.04.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Təşkilati və hüquqi sənədlər:
İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə - Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - Sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir. Sənəd elektron formada alındıqda notarial qaydada təsdiqli olmalıdır.
Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı - Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış - Sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir.
İddiaçının nizamnaməsi - Sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
İddiaçının rekvizitləri - İddiaçının bankı tərəfindən və ya rəsmi blankında təsdiq edilməli və təqdim olunmalıdır.
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - Sənədin əslinin skan edilmiş surəti təqdim edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Tural Gülüşov, Şöbə müdiri
Əlaqə: 055-455-31-30