İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz fəaliyyəti və icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı sənədli film, 17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü və 8 noyabr- Zəfər Günü ilə bağlı video çarxların hazırlanması xidmətlərinin satın alınması üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 23.09.2022 17:00-a kimidir və iştirak ödənişi 250 manatdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rəhimov
Əlaqə: (012) 310 07 70 (2022)
Alınacaq malların siyahısı:
1 Ölkədə icbari tibbi sığorta sisteminin tətbiqinin tarixçəsi ilə bağlı sənədli film. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 45-60 dəqiqə Kadrarxası mətnin dili: Azərbaycan Subtitr: İngilis dili (Subtitr əlavə edilən video material ayrılıqda təhvil verilir). 1 ədəd
2 Sənədli filmin treyleri. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 1 dəqiqə. 1 ədəd
3 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı video çarx. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 1-3 dəqiqə. 1 ədəd
4 8 noyabr Zəfər Günü ilə bağlı bədii janrda video çarx. Format: MP4 Minimal keyfiyyət: 3840x2160 piksel (UHD, log çəkiliş) Xronometraj: 1-3 dəqiqə. 1 ədəd