Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi 300 avtobus alınmasına dair tenderin müddətini sentyabrın 17-dək uzadıb. FED.az xəbər verir ki, bu barədə BNA-dan məlumat verilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tender təkliflərinin qəbulu sentyabrın 6-da başa çatır, tender proseduru sentyabrın 7-də baş tutacaqdı. BNA-nın qərarına əsasən, təkliflərin qəbulu 14 sentyabr tarixinədək uzadılıb. Tender proseduru sentybarın 17-də baş tutacaq.
Tenderdə iştirak haqqı 2500 manatdır.
Seçimdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.