Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən elan olunan tender ləğv edilib.
Tarixi abidələr bərpa olunur, 556 min manatlıq - TENDER KEÇİRİLİR
FED.az xəbər verir ki, tender əsas və ehtiyat yerüstü peyk idarəetmə mərkəzlərində mühafizə xidməti üçün mühafizə köşklərinin satın alınması məqsədini daşıyırdı. Tenderin ləğv edilmə səbəbi, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunan lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması ilə əlaqələndirilib.
Tenderin ehtimal olunan qiyməti 27.889,30 AZN olaraq müəyyən edilmişdi. Müsabiqənin dərc edildiyi tarix 14 fevral 2025-ci il, saat 16:38 idi. Təkliflərin son təqdim olunma tarixi isə 2 aprel 2025-ci il, saat 17:00 olaraq müəyyən edilmişdi. Zərflərin açılış tarixi və vaxtı isə 2 aprel 2025-ci il, saat 17:00 idi.