Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-128 üzrə binaların tikintisi işləri”nin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "El-Seym İnşaat" Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin ümumi dəyəri 10 milyon 187 min 487 manat təşkil edir. Ehtimal olunan qiymət isə 11 milyon 51 min 927 manat idi.
Qeyd edək ki, "El-Seym İnşaat" QSC bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi tərəfindən elan edilən tenderdə də uğur qazanıb. Şirkət İnstitutun balansında olan obyektlərin əsaslı təmir işlərinin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 824 min 361 manat təşkil edib.











