Azərbaycanda dövlət satınalmaları üzrə «etibarsız təchizatçı»ların siyahısına daha bir şirkət əlavə edilib.
16 illik şirkətə Agentlikdən qadağa – TENDERLƏRDƏ İŞTİRAK EDƏ BİLMƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə «AA Trading Group» Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (VÖEN: 1505288501) etibarsız təchizatçılar siyahısına əlavə edilib.
Məlumata görə, buna səbəb - «AA Trading Group» MMC ilə şirkət arasında maraqların toqquşması halı olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 6 aylığına, yəni 2026-ci ilin oktyabr ayının 1-ə qədər qadağan edilib.
Qeyd edək ki, «AA Trading Group» MMC 2020-cı ilin dekabrın ayının 7-i dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Akif Vahid oğlu olan şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
«AA Trading Group» MMC 2022-ci ildə Mənzil-Kommunal Təmir Xidmətinin (VÖEN: 1700774621) məişət tullantılarının daşınması üçün 360 litrlik zibil yeşiklərin alınması ilə bağlı tenderinin qalibi olmuşdu. Şirkətlər arasında 18 min 276 manat dəyərində müqavilə imzalanmışdı.














