Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal - materialların satınalınması üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
Müdafiə Nazirliyi avadanlıqlar alır - BÖYÜK TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 9,55 milyon manatlıq tenderin qalibi Metiz İmpeks MMC-dir.
Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi bağlanılıb.