“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi melorasiya, irriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (ekskavatorların) satın alınması ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Nazirlik tender elan etdi - TƏDBİRLƏR KEÇİRİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 8,999 milyon manatlıq tenderin qalibi "Grand Motors Company" QSC-dir.
Xatırladaq ki, "Grand Motors Company" QSC bundan əvvəl Ekologiya v Təbii Sərvətlər Nazirliyinin təkərli yükləyici-ekskavatorun satınalınması üzrə 135 000 manatlıq tenderini qazanıb (11.09.2020).