Minatəmizləmə Agentliyi işçilərin tibbi və fərdi qəza sığortası ilə bağlı elan etdiyi tenderin qalib ini açıqlayıb.
FED.az xəbər verir ki, 877 500 manatlıq tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, "Paşa Sığorta" ASC bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin balansındakı xidməti avtomobillərin kasko sığortası xidmətinin satınalınması üzrə 3 min 500 manatlıq tenderini qazanıb.