"Azərsu" ASC Ramana qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 8 202 558 manatlıq tenderin qalibi "Arko Təmir Tikinti Şirkəti" MMC-dir.
Artıq tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, Arko Təmir Tikinti Şirkəti" MMC bundan əvvəl Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə tenderini qazanıb.