"Azərsu" ASC işğaldan azad olunmuş ərazilərdə içməli su təminatının yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz işlərin görülməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 8 milyon 074.1 min manatlıq tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Xatırladaq ki, "Az Graft Construction" MMC bundan əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə 4 000 000 manatlıq tenderini qazanıb (25.05.2022).