"Cəlilabad Müalicə Diaqnostika Mərkəzi" lift xidməti üzrə keçdirdiyi kotirovka sorğusunun nəticəsini açıqlayıb.
FED.az xəbər verir ki, 5400 manatlıq müqavilənin qalibi “Harmony İndustrial Construstion and Engineering Group” MMC olub. Şirkətlə müqavilə avqustun 22-də bağlanıb və xidmət ilin sonuna qədər göstəriləcək.
Qeyd edək ki, MMC-nin böyük həcmdə vergi borcu yaranıb. Dövlət Vergi Xidmətindən bildirilib ki, şirkətin ümumi vergi öhdəliyinin həcmi 597 min 589 manatdır. (MediaPost)