Dövlət Turizm Agentliyi xaricdə iştirak edəcəyi tədbirlərdə təşkilati işlərin və reklam kampaniyasının həyata keçirilməsi ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 6.03 milyon manatlıq tenderin qalibi “Bakı Media Mərkəzi” MMC-dir.
Xatırladaq ki, Bakı Media Mərkəzi MMC bundan əvvəl Salnaməfilm Studiyasının "Vətən müharibəsi (ikinci qarabağ müharibəsi) – 44 günlük savaş” sənədli filmin istehsalı üçün çəkiliş avadanlıqların satınalınması üzrə 84 016 manatlıq tenderini qazanıb (07.05.2021).