Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərində, Füzuli və Tərtər rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi evlərin və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi tenderin qalibini açıqlayıb.
Tikili və avadanlıqların cari təmiri üzrə - TENDER ELANI
FED.az xəbər verir ki, 4 milyon manatlıq tenderin qalibi “Az Graft Construction” MMC-dir.
Xatırladaq ki, “Az Graft Construction” bundan əvvəl də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzinin 3,5 milyon manatlıq tenderini qazanıb.