Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC yaradılmış infrastruktur üçün yaddaş tipli "Vsan" və "Backup" serverlərinin, şəbəkə avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 3.658 milyon manatlıq tenderin qalibi "İnfinitech" MMC-dir.
Xatırladaq ki, "İnfinitech" MMC bundan əvvəl Bakı Metropoliteninin Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposunun "Motovoz sexində", "B-DA-00" yarımstansiyasında ,“Vetibüldə”,Platformada, 1 və 2 saylı Nəzarət Buraxılış məntəqələrində, ”Blok Post binasında”, “Aİ” (sünni intelekt) əsaslı analitik videomüşahidə sistemləri qurulması üçün informasiya sistemi infrastrukturunun avadanlıqlarının və mal-materiallarının satınalınması üzrə 919 108 manatlıq tenderini qazanıb (30.08.2022).