İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinin istifadəsi üçün tibbi ləvazimat və sərfiyyat materiallarının satın alınması üzrə tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, 294 min 528 manatlıq tenderin qalibi "Osterman" MMC-dir.
Tərəflər arasında satınalma müqavləsi bağlanılıb.
Xatırladaq ki, "Osterman" şirkəti bundan əvvəl Dövlət Neft Fondunun 54 min 559 manatlıq cari təmir və təsərrüfat mallarının satınalınması üzrə tenderin qalibi olub.