Minatəmizləmə Agentliyi (ANAMA) avtobusların (1) və tibbi yardım nəqliyyat vasitələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderin qalibini açıqlayıb.
Təmir işləri üzrə böyük tender elan olundu - ŞƏRTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1,327 milyon manatlıq birinci tenderin qalibi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi, 1,5 milyon manatlıq ikinci tenderin qalibi isə "Azərmaş Group" MMC-dir.
Qeyd edək ki hər iki tenderin dəyəri ümumilikdə 2,817 milyon manatdır.
Xatırladaq ki, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi bundan əvvəl Aqroservis ASC-nin 50 ədəd taxılyığan kombaynın satınalınması üzrə 9 milyon manatlıq tenderini qazanıb (24.05.2022).
Azərmaş Group MMC isə bundan əvvəl Bakı Mühəndislik Universitetinin nəqliyyat vasitələrinin satınalınması üzrə 27 500 manatlıq tenderini qazanıb (01.09.2022).