Kənd Təsərrüfatı Nazirliyi (KTN) yeni inzibati binası üçün informasiya texnologiyalarının və proqram təminatının satın alınmasına dair elan etdiyi açıq tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2,806 milyon manatlıq tenderin qalibi "Caspel" MMC-dir.
Xatırladaq ki, Capel MMC Kənd Təsərrüfatı Nazirliyinin məlumat saxlama qurğusu, modul və lisenziyaların satın alınması, quraşdırılması və sazlanması işlərinin satınalınması üzrə 5 118 482 manatlıq tenderini qazanıb (17.08.2022).