“Azərbaycan Dövlət İqtisad Universiteti” İT infrastrukturu ilə bağlı mal, iş və xidmətlərin satın alınması üzrə tendein qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2 279 110 manatlıq tenderin qalibi “Ultra Technologies” MMC olub.
Xatırladaq ki, "Ultra Techonologies" MMC bundan əvvəl Azərsu ASC-nin idarəetmə struktruna daxil olan idarə, müəssisə və təşkilatlarda çap işlərinin fasiləsizliyinin təmin olunması üçün printer avadanlıqlarının satınalınması üzrə 565 872 manatlıq tenderini qazanıb (05.08.2022).