Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəliyi mənzil fondu və yolların təmirinə dair elan etdiyi 2 açıq tenderin qalibini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hər iki tenderin qalibi "Uğurlu İnşaat" MMC-dir.
Birinci tender 383 min manat, ikinci tender isə 1,2 milyon manatlıqdır. Tenderlərin ümumi məbləği isə 1,583 milyon manatdır.
Xatırladaq ki, "Uğurlu İnşaat" MMC Oğuz Suvarma Sistemlərinin Oğuz kənd arxının (655 m) beton üzlüyə alınması üzrə 62 657 manatlıq tenderini qazanıb (21.09.2022).