"Bakı Metropoliteni" QSC "Bənövşəyi" xəttinin “Xocəsən” elektrik deposunda analitik video-müşahidə sistemi qurulmasına dair elan etdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: Təhsil Nazirliyinin idarəsinin 2 milyon manatlıq tenderinin qalibi - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 918 min manatlıq tenderin qalibi "İnfinitech" MMC-dir.
Xatırladaq ki, "İnfinitech" MMC bundan əvvəl "AzInTelecom” MMC-nin yaradılmış infrastruktur üçün yaddaş tipli "Vsan" və "Backup" serverlərinin, şəbəkə avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi 3.658 milyon manatlıq tenderini qazanıb (29.08.2022).