"Bakı Sağlamlıq Mərkəzi" 2022-ci il üçün aşağıda qeyd edilmiş Lot üzrə açıq tender elan edir: Lot - 2-ci Elan. Dərman preparatlarının və Tibbi sərfiyyat mallarının satınalınması üzrə tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderdə iştirak ödənişi 2 000 (iki min) manatdır.
İştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra ödəniş qəbz ilə birlikdə müraciət məktubu Azadlıq pr.112 ünvanına təqdim edə və şərtlər toplusunu əldə edə bilərsiniz.
Alan müəssisə: "Bakı Sağlamlıq Mərkəzi" Publik Hüquqi Şəxs
Bank rekvizitləri:
Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı
Kod: 805614
VÖEN: 9900001881
"Bakı Sağlamlıq Mərkəzi" PHŞ
H/H: AZ96IBAZ38060019446072055207
M/H: AZ03NABZ01350100000000002944
VÖEN:1402500641
S.W.I.F.T. İBAZAZ2X
2. Hesabatlarının surəti. (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir);
3. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
4.Son bir il ərzində (fəalyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması. (arayış 2022-ci ildə verilmiş olmalıdır və malgöndərənin öz öhdəliklərini yerinə yetirmək üçün potensial imkana malik olmasını təsdiq etməlidir);
5. İddiaçının tam adı, hüquqi statusu, Nizamnamə;
6. Qeydiyyatdan keçdiyi ölkə;
7. Rekvizitlər;
8. VÖEN;
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (Yüklülük barədə arayış) və satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında sənəd;
10. "Tender iştirakçısının komplekt anket" Forması;
11. "İxtisas göstəriciləri üzrə Məlumat" Forması, ən azı 2 şirkətdən alınmış tövsiyə məktubu.
Tender proseduru haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra yuxarıdakı hesaba lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri , Azadlıq pr.112 ünvanından əldə edə bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və sürəti) 2 qat zərfdə (hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir) 28.09.2022-ci il saat 12:00 tarixinə qədər, tender təklifi ilə bank təminatı sənədlərini 2 nüsxədə (əsli və sürəti) 2 qat zərfdə (hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir) 06.10.2022-ci il saat 12:00 tarixinə qədər Azadlıq pr.112 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təkliflərinin açılışı 07.10.2022-ci il saat 12:00 tarixində Azadlıq pr.112 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olumalıdır). İddiaçı tender ilə bağlı sualları və tender haqqında əlavə məlumatları aşağıdakı ünvandan ala bilər.
Bakı şəhəri, Azadlıq prospekti 112
Telefon: 051 229 70 20