2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda kolbasa məmulatlarının istehsalında azalma qeydə alınıb.
Makaron istehsalı rekord qırdı - ÜÇ AYA 3700 TON İSTEHSAL!
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, bu dövrdə 7095 ton kolbasa istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azalma deməkdir.
Azalmaya baxmayaraq, bazarda məhsul dövriyyəsi davam edir. 2025-ci il aprelin 1-nə olan məlumata əsasən, hazır kolbasa ehtiyatı cəmi 44,7 ton təşkil edir. Bu rəqəm də göstərir ki, istehsal aşağı düşsə də, məhsulun tədarükü və satışında hərəkətlilik qalır.
Ümumilikdə isə, ölkədə qida məhsulları üzrə istehsalda artım müşahidə olunub – 2025-ci ilin ilk üç ayında bu sahədə 12,2 faiz artım qeydə alınıb. Lakin kolbasa məhsulları bu ümumi artım trendinə qoşula bilməyərək azalma ilə diqqət çəkib. Eyni zamanda içki istehsalı cəmi 0,9 faiz artıb, tütün məmulatlarının istehsalı isə 3,1 faiz azalıb.
Əgər bu tendensiya davam edərsə, yaxın aylarda kolbasa məhsullarında qiymət artımları və ya tədarük çatışmazlıqları ilə qarşılaşmaq mümkündür.