2024-cü ildə Azərbaycana 81 milyon 932 min ABŞ dolları dəyərində 64 min 559.5 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Duru yağların ən baha və ən ucuz satıldığı - MARKET ŞƏBƏKƏLƏRİ - SİYAHI, QİYMƏTLƏR (Yanvar, 2025)
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2023-cü illə müqayisədə bu göstərici həcm ifadəsində 41.7% və ya 18 min 989 ton, dəyər ifadəsində isə 56.5% və ya 29 milyon 589 min ABŞ dolları artıb. 2023-cü ildə Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.
Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti 2.2 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malaziyadan 23 min 896 ton, İndoneziyadan isə 40 min 663.5 ton palma yağı idxal edilib.
Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.
Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Ötən il Azərbaycanda 51 min 63.8 ton marqarin istehsal edilib ki, bunun da 1349.6 tonu ixrac edilib. (Apa)