“OBA” marketlər şəbəkəsi 10 illik yubileyini “Əjdaha uduş” lotereyası ilə qeyd edir. Noyabrın 15-də başlayan lotereyaya dekabrın 15-dək qoşulmaq mümkündür.
FED.az xəbər verir ki, lotereyanın əsas mükafatı Abşeronun Masazır qəsəbəsində ikiotaqlı, tam təmirli mənzildir. Daha bir qalib 2026-cı il buraxılışlı Changan UNI-Z avtomobili qazanacaq. Digər 10 qalibin hər birinə 1 200 manat dəyərində birillik "OBA Plus" alış-veriş bonusu veriləcək. Bonus qaliblərin balansına ayda 100 manat olmaqla əlavə ediləcək.
“OBA” mağazalarında bir alış-verişdə hər tam 10 AZN bir lotereya şansı qazandırır. İştirak etmək üçün kassada "OBA Plus" tətbiqini oxutmaq lazımdır. Tətbiqi kassada oxutmayan müştərilər qəbzdəki ƏDV QR kodunu sonradan OBA Plus-da oxudaraq da şans əldə edə bilərlər. Lotereyada 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Qeyd: Lotereya məhsulları, tütün məmulatları və spirtli içkilər lotereya şansı qazandıran 10 AZN-lik alış-veriş məbləğinə daxil edilmir.
Qaliblər dekabrın 22-də keçiriləcək tirajda təsadüfi seçimlə müəyyənləşəcək. Tiraj “OBA”nın rəsmi instagram səhifəsində və YouTube kanalında canlı yayımlanacaq. Lotereyanın tam şərtləri OBA Plus tətbiqində yerləşdirilib.
“Əjdaha məhsullara əjdaha endirimlər” kampaniyası dekabrın 2-dək davam edəcək. Bu müddətdə “OBA” mağazalarında seçilmiş məhsulları 70 faizədək endirimlə almaq mümkündür.














