Son dövrlər ticarət şəbəkələrinin sürətlə artımı daşınmaz əmlak bazarına da ciddi təsir edir.
Azərbaycanda hansı marketlərdə onlayn alış-veriş mümkündür? - MARKETLƏR, ŞƏRTLƏR
FED.az xəbər verir ki, ticarət şəbəkələri – iri marketlər şəbəkəsi ölkədə əmlakın əsas icarədarlarına çevrilməkdədir. Özü də bir neçə il əvvələ qədər şəbəkə şirkətləri daha çox iri sahəli ərazilər icarə edirdilərsə, son illər «express market» konsepsiyasının inkişaf etməsi ilə əlaqədar olaraq marketlər kiçilib. Nəticədə kiçik obyektlər də şəbəkələrin maraq dairəsinə daxil olub.
Bu tendensiya paytaxtla yanaşı, bölgələrdə də davam etməkdədir – artıq rayonda obyekti «Bravo»ya və ya «Araz»a icarəyə vermək uğurlu yatırım və sabit gəlr mənbəyi hesab olunur.
FED.az biznes və maliyyə xəbərləri portalının SUPERMARKET rubrikası bu sahədə vəziyyəti, eləcə də şəbəkələrin icarə tələblərini araşdırıb.
«Bazarstore» ticarət şəbəkəsi üçün sahəsi 1200 m2 və daha böyük sahəyə malik obyektlər icarəyə götürülür. Bu tələb ödənilirsə təklif e-maili yolllayaraq digər proseslər haqqında məlumat almaq olar.
«Bazarstore»nin «kiçik qardaşı» olan «Al market» daha çox kiçik obyektlərə üstünlük verir – şirkət hazır təmirli, 90-150 m2 arası, satış üçün əlverişli (mərkəz, yaxud sıx yaşayış olan) yerdə olan obyektlrəin icarəsində maraqlıdır. Şirkətin tələblərinə görə, belə obyektlər mütləq yaşayış binasının və ya ayrıca tikili obyektin 1-ci mərtəbəsində yerləşməli və və anbar sahəsi də olmalıdır. Zirzəmi, yarım zirzəmi kimi obyektlər qəbul edilmir. Əlavə olaraq obyektdə 3 fazalı elektrik xətti olması şərtdir.
Ölkənin ən böyük ticarət şəbəkələrindən olan «Bravo»da vəziyyət fərqlidir. «Bravo» supermarket şəbəkəsi həm obyekt, həm də torpaq sahəsini icvarəyə götürür. Eyni zamanda bu obyektə və torpaq sahəsinə dair tələblər mövcuddur.
Belə ki, torpaq sahələri əsas yol və ya şosse üzərində olmalı, bu yol kütləvi yaşayın olduğu bir neçə qəsəbəyə aparmalı, görünüş dərəcəsi yüksək olmalıdır. Eyni zamanda, şərtə görə, torpaq sahəsi ən azı 20 sot olmalı, sənədləri qaydasında olmalıdır – «çıxarış»ın olması arzuolunandır.
«Bravo» supermarket şəbəkəsinin obyektlərlə bağlı da tələbləri var. Belə ki, şirkətin maraq göstərdiyi obyektlərin əsas küçədə yerləşməsi arzuolunandır. Bundan başqa, 500 metr radiusda ən azı 4000 insanın məskunlaşmış olması, yüksək piyada axının olması, ictimail nəqliyyat dayanacaqlarına yaxın yerləşməsi şərtdir.
Digər tələblərə gəlincə, obyektin parklanma sahəsinin olması arzuolunandır, ticari sahədə yerləşməsi, ən azı 350 m2 ümumi sahənin olması və görünüş dərəcəsinin yüksək olması vacibdir.
«Neptun» market üçün əsas tələb icarəyə veriləcək yerin sahəsi ilə bağlıdır. Belə ki, icarə üçün təklif olunacaq yerin sahəsi 500 kv.m-dən aşağı olmamalıdır. Bu tələb ödəndikdən sonra digər məsələlər ilə bağlı adiyyatı şöbə əməkdaşları əlaqə yaradır.
«Rahat» market icarə tələblərinə görə oyektin sahəsi 800-1500 kv.m olmalıdır. Yerləşdiyi ərazi gur yerdə, mərkəzi yolun qırağında və yaşayış məntəqələrinə yaxın yerləşməldir .