Texnologiyanın inkişafı demək olar ki, hər bir sahədə öz təsirini göstərir. Artıq mağaza vitrinləri veb-saytların rəngarəng dünyası ilə əvəz olunub. İnsanlar mağazlara getmədən evdən rahat bir şəkildə məhsul sifarişi edə bilərlər. Ənənəvi mağaza alış-verişində yaşanan növbə gözləməsi, mürəkkəb izdiham və vaxt itkisi kimi çətinliklərdən qurtulmaq üçün insanlar onlayn alış-verişə üstünlük verirlər.
Marketlərdə süd məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (Fevral, 2024)
FED.az SUPERMARKET ölkəmizdə olan market şəbəkələrinin onlayn alış-veriş imkanlarını araşdırıb. Daha detallı aşağıdakı cədvəldə :
Market |
Məhsulların olayn formada sifarişi qaydası |
Ödəniş forması |
Çatdırılma üçün ödəniş |
Bravo |
Bravosupermarket.az saytı vasitəsilə onlayn supermarket bölümündən Umico marketə keçid edərək məhsulları onlayn sifariş etmək mümkündür. |
Kartla və nağd şəkildə ödəniş mümkündür. |
3 manat. 100 manatdan yuxarı sifarişlər üçün pulsuz. |
Araz |
Onlayn sifariş mümkün deyil, lakin yalnız Neftçilər filialından olan sifarişləri Wolt tətiqi vasitəsilə etmək olar. |
Kartla və nağd şəkildə ödəniş mümkündür. |
3 manat. |
Bazarstore |
Bazarstore.az saytı vasitəsilə məhsulları seçə və üvan məlumatlarını qeyd edərək mağazaya getmədəm oline sifariş etmək olar. Çatdırılma yalnız 40 AZN üzəri alış-verişlərdə Bakı şəhəri daxilində mümkündür, şəhər ətrafı və bölgələrə çatdırılma xidməti hələlik mümkün deyildir. |
Kartla və nağd şəkildə ödəniş mümkündür. |
Ödənişsiz |
Grandmart |
Mağazanın əlaqə nömrələri ilə əlaqə yaradaraq məhsulları qeyd edib sifariş etmək olar. |
Kartla və nağd şəkildə ödəniş mümkündür. |
Ödənişsiz |
Neptun |
Neptun.az saytı vasitəsilə məhsulları online sifariş etmək mümkündür. Minimal sifariş məbləği 20 azn təşkil edir. |
Kartla və nağd şəkildə ödəniş mümkündür. |
5 manat. 50 manatdan yuxarı sifarişlər üçün pulsuz. |
Rahat market |
Rahat Kart tətbiqi vasitəsilə olayn sifariş mümkündür. Mağazaya 500 metr yaxınlıqda olan ərazilərə çatdıırlma mümkündür. |
Kartla və nağd şəkildə ödəniş mümkündür. |
Ödənişsiz |