Azərbaycanın qida sektorunda son illər sürətlə böyüyən bazarlardan biri də içməli su sektorudur.
FED.az xəbər verir ki, içməli su sektoru bazarın yerli məhsullarla daha çox təmin olunduğu sahələrdən biridir. Bu sahədə bazar payı uğrunda 10-larda yerli şirkət mübarizə aparmaqdadır. Prosesdə istifadə olunan əsas göstəricilərdən biri də suyun tərkibidir.
Suyun tərkibini müəyyən edən vacib göstəricilərdən biri PH dəyəridir. Sadə dildə desək, bu göstərici suyun turş, neytral və ya qələvi olduğunu bildirir. PH şkalası 0-dan 14-ə qədərdir və 7 neytral səviyyə hesab olunur. Əgər PH 7-dən aşağıdırsa, su turşudur, 7-dən yuxarıdırsa, qələvidir. Bunu nəzərə alaraq içməli suyun PH dəyəri 6,5 – 8,5 arasında olmalıdır. Çox turş su insan sağlamlığına mənfi təsir edə bilər.
FED.az paytaxtda market şəbəkələrində satılan su çeşidlərinin PH göstəricisini araşdırıb. Məlum olub ki, PH rəqəmi açıqlanan suların əksəriyyətində etiketdə göstərilmiş göstərici norma daxilindədir.
Bəzi su çeşidlərində bu göstərici ümumiyytələ göstərilmir. Maraqlıdır ki, bir sıra iri su istesalçıları, məsələn «Bonaqua» brendinin istehsalçısı olan Azerbaijan Coca-Cola Bottlers MMC də suyun PH tərnkibini gizlədənlər sırasındadır.
Bundan başqa, İkar-Qrup MMC-nin istehsal etdiyi «Kəkriz su», «Tac», «Dalğa» sularında, Kəlbəcərdəki «İstisu» mineral su zavodunda istehsal edilən «İstisu» suyunda, Mineral Sular MMC-nin istehsal etdiyi «Vita1000» sularında, Ayan MMC-nin «Çeşmə» sularında, eləcə də Türkiyədən idxal olunan «Erikli Su ve Meşrubat San. ve Tic. A.Ş.»nin istehsal etdiyi «Erikli» sularında, «Yaşar Holding»in istehşsalı olan «Pinar» sularında, Gürcüstanda buraxılan «IDS Borjomi» şirkətinin istehsalı olan «Borjomi» sularında da PH rəqəmi göstərilməyib.
Daha detallı aşağıdakı cədvəldə:
İçməli su brendləri |
İstehsalçı |
PH göstəricisi |
«Badamlı» |
Badamlı Mineral Sular MMC |
7,5 |
«Kəkriz su» |
İkar-Qrup MMC |
PH göstərilmir |
«Tac» |
İkar-Qrup MMC |
PH göstərilmir |
«Dalğa» |
İkar-Qrup MMC |
PH göstərilmir |
«Sirab» |
Sirab ASC |
7,0 - 7,4 |
«Slavyanka» |
Gədəbəy Mineral Suları MMC |
7,1 – 7,7 |
Bonaqua |
Azerbaijan Coca-Cola Bottlers MMC |
PH göstərilmir |
İstisu |
İstisu mineral su zavodu |
PH göstərilmir |
Sırma |
Sırma Azerbaijan |
7,4 |
Volvic təbii mineral suları |
Ste des Eaux Volvic |
7,0 |
Erikli |
Erikli Su ve Meşrubat San. ve Tic. A.Ş. |
PH göstərilmir |
Pınar |
Yaşar Holding |
8,2 |
Borjomi |
IDS Borjomi |
PH göstərilmir |
Damla |
Damla Group MMC |
6,5 – 9,5 |
Vita1000 |
Mineral Sular MMC |
PH göstərilmir |
Çeşmə |
Ayan MMC |
PH göstərilmir |