25 ildən çox müddətdə ABŞ prezidentiylə birlikdə işləyən şəxsi sürücüsü artıq işlədiyi vaxtların pulunun ödənilmədiyinə görə məhkəməyə müraciət edib. FED.az xəbər verir ki, Noel Cintron iddia edib ki, həftədə 50-55 saat işləməli olurmuş. Qanuna görə isə vətəndaş 40 saatdan çox işləyirsə, normadan artıq hər iş saatı üçün normadan 1,5 dəfə çox pul ödənilməlidir. Ancaq Citronun sözlərinə görə bu pul ona verilməyib.
İddialara görə məhkəməyə verilən Donald Trampın administrasiyası Noel Cintrona 200 000 ABŞ dolları borludur. Bundan əlavə, sürücü bütün işlədiyi illər ərzində maaşınının qaldırılmadığından gileylənib.
Hələlik Trampun administrasiyasında bu məsələni heç kim şərh etməyib.