Dünyanın tanınmış pop musiqi ifaçılarından olan Castin Timberleykin Bakı konsertinə biletlərin satışı başlayıb.
FED.az xəbər verir ki, «The Forget Tomorrow» adlanan dünya turu çərçivəsində baş tutacaq konsertə biletlərin qiyməti 77-590 manat arasındadır.
Konsert 27 iyul 2025-ci ildə Bakı Olimpiya Stadionunda keçiriləcək.
Xatırladaq ki, Castin Timberleyk, dünyanın ən tanınmış pop ifaçılarından biri olmaqla yanaşı, həm də kino və şou-biznes fəaliyyəti göstərir, aktyorluq, prodüserlik edir.
İfaçı 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülüb.