Azərbaycanda sürətlə genişlənən geyim bazarına hər il yeni oyunçular daxil olur. 2 il əvvəl Türkiyənin tanınmış «TUDORS» mağazalar şəbəkəsi də ölkəmizdə fəaliyyətə başlayıb. Türkiyədə «Köynək krallığı» adlandırılan şəbəkə yalnız bir geyim üzrə ixtisaslaşsa da, alıcılar arasında çox populyardır. Markanın Azərbaycandakı təmsilçisi NEXİM GROUP şirkətidir.
Geyim biznesinin özəllikləri, müştərilərlə davranış, «TUDORS»un qaydaları və planları ilə bağlı FED.az-ın suallarını «TUDORS» Mağazalar Şəbəkəsin satış koordinatoru Rəvan Babayev cavablandırır:
Satış sektorunda 2006-cı ildən çalışıram, ən aşağı vəzifə olaraq depoçuluqdan başlamışam. Hazırda 6 ilə yaxındır koordinator vəzifəsinədək yüksəlmişəm.
- Bu irəliləyişə necə nail oldunuz?
- Məncə insanın özündə məqsəd və qətiyyət olmalıdır. Mən bu irəliləyişə başlayanda 23 yaşım vardı və bir gün fikirləşdim ki, nə vaxtadək satıcı kimi işləyəcəm, inkişaf etməliyəm. Məqsəd qoydum və gücüm çatan bütün işləri görməyə başladım ki, bacarıqlarım üzə çıxsın, üstünüklərimi göstərim. Fikirləşirdim ki, məndən bir pillə yuxarıda olan şəxs yüksəldikcə onun yerinə mən keçməliyəm və buna nail oldum pillə-pillə bu vəzifəyə yüksəldim.
- Rəvan bəy, əvvəlcə «TUDORS» markası haqqında məlumat verərdiniz, hələlik yalnız onun Türkiyə markası olduğunu bilirik.
- Bəli, «TUDORS» Türkiyə markasıdır, 1998-ci ildən fəaliyyət göstərir. Demək olar ki, bir növ məhsul istehsal edirik – kişi köynəkləri, məhsullarımızın hamısı Türkiyə istehsalıdır, fabriklərimiz İstanbul və Əskişəhərdə yerləşir. 40-50, hətta 60 il fəaliyyət göstərən markalarla müqayisədə yeni marka olsa da, artıq Türkiyə daxilində 200-dək mağazaya sahibdir. Mağazalarda yalnız «TUDORS» istehsalı olan mallar satılır. 2012-ci ildən etibarn xarici ölkələrdə də mağazaları açılmağa başlayıb. Azərbaycan da daxil olmaqla 16 ölkədə «TUDORS» mağazası var. Hər ölkədə minimum 2 mağazası, Azərbaycan və Sebiyada 4 mağazası fəaliyyət göstərir.
- Hazırda «TUDORS»un ölkələrdə mağazaları var?
- Məsələn, bu yaxınlarda «TUDORS»un İtaliyada 2-ci mağazası fəaliyyətə başladı. Nəticədə ölkə daxilində 200-dək artıq, 16 ölkədə hardasa 40-ın üzərində mağaza ilə işləyirik.
- Mağazalarınızda hansı geyimlər satılır – təkcə kişi köynəkləri?
- Ümumilikdə 500 çeşiddə mallar satılır. Bunların böyük hissəsi 400-dən artıq köynək çeşidimiz var. Bu həm kəsim olaraq, həm də həyat tərzi olaraq, və ya geyim tərzi olaraq bölünür. Məsələn bizdə «smart» tərz, biznes, sərbəst tərz və sair var. Paralel olaraq kişilər üçün aksessuarlar da istehsal edir və satırıq. Bunlar qalstuklar, yaxa və qol düymələri və sairdir.
- «TUDORS» cəmi 20 ildir işləyir və təkcə köynək istehsal edir. Bu qısa vaxt və məhsul sırası ilə necə məşhurlaşıb? Çünki başqa markalar belə nəticəni 40-50 ilə əldə edirlər.
- Bizim sloqanımıza yəqin fikir verdiniz – «Köynək krallığı» adlanır. Yalnız kişi köynəkləri istehsal edir, yəni yalnız bir sahə üzrə ixtisaslaşıb. Şirkət rəhbərliyi də bir işi görməyi, amma bunu çox yaxşı etməyi düzgün addım sayır. Yəni əvvəla keffiyyətə ciddi diqqət verilir. Bundan başqa, stokumuz daim yenilənir. Günün tələbatına uyğun olaraq yeni məhsullar istehsal edilir. Müştərilərin geri dönüşü, «feed back»ləri izlənilir və ona əsasən məhsullar istehsal edilir. Bu gün bazarda müştərinin bizdən tələbi nədirsə biz bunu nəzərə alaraq istehal edirik.
- Yəni fasiləsiz olaraq müştərilərin rəylərini və istəklərini öyrənirsiniz, o cümlədən Azərbaycanda da, eləmi?
- Təbii ki. Bu gün Azərbaycanda bizi seçən müştərilərə satış etməklə yanaşı, onların fikirlərini də alırıq. Məsələn, bizdə nələri görmək istəyirsiniz, mənfi və müsbət xüsusiyyətlərimiz nədir. Növbəti dəfə gələndə hansı rəngdə, hansı kəsimdə məhsullar görmək istəyərsiniz və sair. Bu proses daimi olaraq gedir. Rəylər toplanır, filtr edilir və Türkiyəyə göndərilir. Məsələn məlum olsa ki, «slim feet» modelinin formal geyim tərzinə daha çox tələbat var, həmin məhsullar gətirilir və sair.
- «TUDORS» Azərbaycanda nə vaxtdan fəaliyyət göstərir, satış şəbəkəsi nədən ibarətdir və mağaza açılanda, onun yeri hansı prinsplə müəyyən olunur?
- «TUDORS» markası Azərbaycanda 2020-ci ilin may ayından faaliyyətə başlayıb, yəni pandemiyanın ən qızğın vaxtı. İlk mağazamız «Metropark» ticarət mərkəzində idi, 2-ci mərtəbədə. Həmin vaxt pandemiya dövrü idi və arada 20 gün yumşalmalar olanda o mağazanı biz açdıq. Pandemiyada işə düşməyimizə baxmayaraq, peşəkar kollektivimiz və müəyyən mənada müştərilərin hesabına artıq Bakıda 3, və Sümqayıtda 1 mağaza ilə fəaliyyət göstəririk. Birinci mağazamız «Metropark»da açılandan sonra 2-ci mağaza «Bravo Koroğlu»da işə başladı. O da 2020-ci ilin sentyabrın 27-də, yəni 2-ci Qarabağ müharibəsi başlayan günə təsadüf etdi. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı, torpaqlar azad edildi. 3-cü mağaza isə ondan bir neçə ay sonra «Torqovı»da işə düşdü. 2021-ci ilin sentyabrında isə Sumqayıtda ilk mağazamız açıldı.
- Rəvan bəy, sizin alıcılar əsasən kimlərdir?
- Ümumilikdə 17-18 yaşdan tutmuş 60-65 yaşadək insanlar üçün mallarımız var. Amma əsas alıcı kütləsi 22 yaş və daha artıqdır. Nə yaş, nə də cinsi ayrı-seçkilik etmirik. Bizdən xanımlar da mallar alır.
- Qadınlar üçün də geyimlər satırsız, yoxsa xanımlar kişilər üçün geyimləri alırlar?
- Xeyr, qadınlar üçün məhsul buraxmırıq, sadəcə son dövrlər xanımlar arasında kişi geyimlərinə maraq artmaqdadır. Biz müşahidə edirik, qadınların kişi geyimlərinə marağı və alışları 20%-ə qədər artıb. Bura istər kişi köynəkləri, istərsə də qalstuları aiddir.
- Qadınlar kişi qalstuku alırlar?
- Bəli bəlkə qəribə gələr, amma son vaxtlar qadınlar kişi qalstukları almaqdadırlar. Gəlib bildirirlər ki, bizə kişi qalstukları lazımdır. Onu alıb təbii i, öz tələbləri və istəklərinə uyğun bağlayırlar. Bundan başqa, kişi köynəkləri və yaxa iynələrinə, kişi pulqabılarına, bəzi ətirlərə, xüsusilə də meyvə təravətlilərə də qadınlar tərəfindən maraq var.
- Siz köynəklə yanaşı, nə satırsınız?
- Köynəklə yanaşı, trikolar, kardiqanlar, jiletlərimiz var. Aksessuarlardan qalstuk, kəmər, pulqabı, parfümlər, cib dəsmalları, boyunbağı, bilərzik, qol düymələri və sair çoxsaylı aksessuarlarımız var.
- Kişilər arasında bilərziklərə maraq böyükdür?
- Bilərzik bizim aksessuarlar içərisində bestsellərimiz – yəni ən yaxşı satılan aksessuarlar arasındadır. Məsələn, kişi üçün olan bilərzikləri bizdə xanımlar da alır. Bundan başqa. Jiletkalar populyardır, xüsusilə də biznes tərz adlananlar, yəni ofisə geyinilən jiletlər. Dediyim kimi, bizim köynək çeşidlərimiz 400-dür, ümumilikd isə 500-ə yaxın adda məhsul satırıq.
- Satış işi necə qurulub sizdə?
- Bizdə əməkdaşlarımızı satıcı deyil, satış mütəxəssisləri adlandırırıq. Bunun fərqi odur ki, satıcı – ona nə verilibsə, onu satır. Satış mütəxəssisi isə, müştərinin iistəyini aşkar edib onu satır. Satış mütəxəssisi müştərinin nə istədiyini aşkara çıxararaq, ona yaraşanı müəyyən edərək həmin məhsulu satır. Məsələn müştəri hesab edə bilər ki, ona qırmızı rəng yaxşı yaraşar. Amma ona bildiririk ki, seçdiyi rəng və ya forma onun rənginə və ya bədən quruluşuna yaraşmayacaq və başqa variantı məsləhət görürük.
- Müştərilər mağazada geyimi necə seçirlər, tək seçirlər, yoxsa hökmən kiminləsə gəlib onun da bəyanməsini istəyirlər?
- Maraqlı məsələyə toxundunuz. Biz məhz bu davranışara görə, müştəriəri «yaşıl» və «qırmızı» müştərilərə bölürük. Bu bizim müştəriyə yanaşma tipimizdir. «Yaşıl» müştəri dedikdə adam gəlir mağazaya, öz qərarı yoxdur, sadəcə geyim almaq istəyir. Satış mütəxəssisimizə deyir ki, bu məbləğ arasında filan maldan almaq istəyirəm. Ona uyğun mal təklif edilir. Yəni bu adam girir mağazaya, ona satış edirik və gedir. «Qırmızı» müştərilər isə yanında onun fikrini təsdiqləyəcək və ya yönləndirəcək bir şəxsərlə gəlirlər, bu - həyat yoldaşı, xanımı, ata-anası, dostu və sair ola bilər. Yəni seçim formaları müxtəlifdir.
- Köynək istehsal edən şirkətlər çoxdur. Sizin məhsulları onlardan fərqləndirən əsas cəhət nədir?
- Hər bir markanın öz qəlibi olur, bizdə qəliblər Azərbaycan bəylərinin əyninə ölçülüb və uyğunlaşdırılmış şəkildədir. Yəni geyimin ölçüsü ilə yanaşı, onun forması da insanlara uyğunlaşdırılıb. Məsələn, siz «M» ölçülü mal sifariş edirsinizsə, onun üzərində bir dərzi işi tələb olunmur, insanın əyninə tam oturur. Yəni qəlibimiz düzgün kəsimdədir. Bundan başqa, ümumiyyətlə bizdə kəsim seçimləri çoxdur. Məsələn, başqa şirkətlərdə ən populyar olan kəsimlər requlyar, slim, superslim və sairlərdir – ümumilikdə 3-4 kəsim var. Amma bizdə kəsim sayı 8-ə çatır - yəni istənilən variantla tələbatı ödəyəcək köynəklərimiz var. Sadaladığımdan başqa modern, relaks və sairlər də var. Bu da seçimi bol edir.
- Bəs rəng seçimi genişdirmi, bir də Azərbaycanla xarici ölkələrdəki müştərilərin rəng seçimi necə fərqlənir?
- Bizdə rənglər də daim yenilənir. Azərbaycanda bəzi rənglər qəbul edilmir, məsələn, limon sarısı amma digər bölgələrdə, məsələn, İtaliyadakı mağazalarımızda, bu rəng daha yaxşı satılan məhsullar sırasındadır. Türkiyədə isə narıncı, sarı və qırmızı rənglər daha yaxşı alınır. Bizə bu rəngdə mallar sadəcə nümunə, test olaraq göndərilir. Azərbaycanda əsasən ağ, qara, açıq mavi rəngli, üzərində nöqtəli naxışlar olan rənglər dəbdədir.
- Sizin fəaliyyətə başlamanızdan 2 il keçir. Bu müddətdə rəng seçimi dəyişibmi?
- Maraqlıdır ki, tədricən dəyişir, məsələn, 2019-2020-ci illərdə insnalar daha çox tünd rənglərə üstünlük verirdilər, indi isə «Z» nəsli ortaya çıxdığına görə, artıq rəngli tonlara daha çox üstünlük verirlər.
- Bəs geyim stilinə görə müştərilərin seçimləri ölkələr üzrə necə fərqlənir?
- Mən siz deyim, seçimlər üzrə nəinki ölkələr arasında, hətta mağazalarımız arasında da fərqlər var. Məsələn, Sumqayıtda, Bakı, hətta Torqovı ilə «Metropark»dakı müştərilərin seçimi də fərqlidir. Çünki «Metropark» ərazisində olan müştərilərlə torqovıdakılar arasında böyük fərq var. Bizdə «Torqovı»da rəngarəng köynəklərin satışı, gündəlik geyim, rahat həyata üstünlük verənlər daha artıqdır. «Metropark»da isə daha çox rəsmi, formal geyimlərə üstünlük verirlir.
- Rəvan bəy, ən çox hansı mallarınıza tələbat var - ofis, rəsmi, sərbəst və ya necə?
- Ən çox iş adamları və rəsmi geyimlərə tələbat var. Bundan başqa, başqa gündəlik həyat tərzi olaraq biznes tərzə üstünlük verilir – bunlar gündə 8-9 saat ofisdə olan adamlardır. Müştərilərin 60%-ni bu iki qrup təşkil edir. Qalanları gündəlik həyat tərzinə aiddir.
- Eyni mallardan çoxlu sayda alan müştərilər varmı?
- Var, belələri əsasən dövlət orqanlarında, rəsmi yerlərdə işləyənlərdir. Hansı ki, ağ köynəkdən daha çox istifadə edirlər. Gündəlik 2 dəfə köynək dəyişən müştərilərimiz var ki, onlar birdəfəyə gəlib 5-6, hətta 8-9 köynək alırlar. Bundan başqa, elə müştərilərimiz var ki, korporativ olaraq öz əməkdaşları üçün standart dress kod qaydası üçün gəlib bir modelin müxtəlif ölçülərini alıb istifadə edirlər.
- Sizdən geyimi xüsusi sifarişlə almaq olurmu?
- Xüsusi sifmriş olaraq yox, amma elə köynəklərimiz var ki, gəlib istəyirlər. Məsələn, bizim bir köynəyimiz var – «Stainless», ləkə götürmür, çay, yağ, nar ləkəsi və sair. Belələrinə böyük tələbat var. Adam onu bəyanirsə, ondan 20-30 ədəd, hətta 40-50 ədəd istəyə bilər. Belə halda biz mağazada olanlardan əlavə Türkiyədən də əlavə köynək sifariş edə bilərik.
- Genişlənmə ilə bağlı planlarınız necədir – mağaza sayı və ya yeni ərazilər üzrə?
- Hazırda biz şəbəkə kimi fəaliyyət göstəririk. Bunun üçün isə bu il və gələn il maazaların sayını minimum 8-ə çatdırmaq niyyətindəyik. Növbəti mağazalarda Bakı, Sumqayıt və Gəncədə olacaq. onun rahatığını qiymətəndirdilər.
- Pandemiya dövründə insanlar onlayn ticarətə öyrəşdilər, «TUDORS» mağazalarında da onlayn satış varmı?
- Bəli biz də onlayn satış edirik. Elə ilk mağaza açılandan sonra onlayn satışa başlamışıq. Saytımız işləyir, sifarişlər qəbul edilir və özümüz d çatdırırıq.
- Satışlarda onlayn satışın payı böyükdürmü?
- Hələlik yox, təqribən 5% ətrafındadır. Çünki onlayn satış nə qədər rahat olsa da, bəzi insanlar onlayn almaq deyil, gəlib özü seçmək istəyir. Bəziləri gəlib baxmadığı, toxunmadığı malı etibar edib almaq istəmir. Düşünürlər ki, fotoda gördükləri ilə ona çatan mal fərqli ola bilər. Belələrini başa düşürük, bəzi onlayn satış şirkətləri var ki, onlara sifariş verəndə başqa malları göstərib, fərqli mal göndəririlər. Bizdə nə göstəririksə, onu da satırıq.
- Sizin saytda hədiyyə kartları və müştəri hesabları açmaq imkanı var, hədiyyə kartları sistemi necə işləyir?
- Bizdə 30, 50, 100 və 200 AZN-lik həiyyə kartlarımız var. Kartlarla bağlı hər hansı müddət yoxdur, yəni məsələn 2-3 ay ərzidə almasan batır, kimi qaydamız yoxdur, il təzələndikcə, kartlar da təzələnir. Müştəri bu kartla gəlib istənilən məbləğdə ödəniş edirlər. Yəni 100 manatlıq hədiyyə kartının 50 manatını indi, 50-ni isə başqa vaxt istifadə etmək olar. Hədiyy kartlarını əsasən xanımlar bəylər üçün alırlar, bunlardan bir də korporativ tədbirlərdə istifadə edirlər.
- Bir də saytınızda müştəri hesabı bölməsi var. Bu nə üçündür?
- Bu bizim «kəşbək» sistemidir. Məsələn müştəri yaxınlaşıb mal alanda biz onun məlumatlarını sistemə daxil edir, ona QR kod veririk. Kəşbək 10% təşkil edir. Məsələn, 100 manatlıq alış verişdə bu məbləğ 100 manat deyil, 90 manat kimi qəbul edilir. Yəni 10 manatını kəşbək olaraq qaytarır. Budnan başqa, əsas məsələ odur ki, bu kəşbəkin istifadəsi də çox çevikdir. Məsələn, başqa mağazalarda müştərinin 10 manatlıq kəşbəki varsa, ona yalnız 10 manata qədər olan mallar satıla bilər. Bizdə isə hətta «kəşbək» məbləğinə də «kəşbək» hesablanır. Yəni müştəri «kəşbək» kimi əldə etdiyi 10 manatlıq məbləğlə alış-veriş edəndə, ona 1 manat kəşbək yenə qaytarılır.
- İndi Azərbaycanda türk malı adı ilə çoxsaylı adlarla geyimlər satılır. Onların hansı hissəsi sizcə doğrudan türk malıdır?
- Doğrudan da çoxsaylı adlar altında mallar satılır. Və məhsulun üzərinə «Türkiyə istehsalıdır» sözünün yazıliması hələ onun doğrudan da Türkiyədə buraxıldığını göstərmir. Onları tanımaq asan deyil, indi mövcud texnologiyalar vasitəsilə istənlən malı təkrarlamaq, surətini çıxarmaq olur. Amma ümumi bir qayda var ki, tanınmış, televiziyalarda reklamları gedən markalar hansı ki, hamı tanıyır, onların malları əlbəttə ki, daha etibarlıdır. Adsız mağaarada müştərilərə təklif olunam malların türk malı olmasını isə dəqiqliklə söyləmək olmur.
«TUDORS» mağazalarında malların üzərində kodu var və onu internetə qeyd edən kimi mənşə ölkəsinin hansı marka və brend olduğu, harada istehsal edildiyi görünür.