«Blue Origin» kosmik gəmisi məşhur müğənni Ketti Perri və «Amazon»un sahibi Cef Bezosun həyat yoldaşı ilə kosmosa səfər edib.
Castin Timberleykin Bakı konsertinə bilet satışı başlayıb – QİYMƏTLƏR
FED.az xəbər verir ki, «Blue Origin» şirkəti kosmosu növbəti turist səfərini uğurla başa vurub. Səyahət caynı yaymda «Blue Origin»in saytında yayımlanıb.
Bu dəfə kosmik gəmidə 7 qadlın olub və 1963-cü ildə əfsanəvi Valentina Tereşkovanın kosmosa uçmasından sonra ilk dəfədir ki. tamamiləç qadınlardan iğarət ekipaj olub.
Kosmik gəmidə Keti Perri və Bezosun həyat yorldaşından başqa, teleaparıcı Qeyl Kinq, keçmiş kosmonavtika mühəndisi Eyşa Bouv, bioastronavtika sahəsində mütəxəssis Amanda Nquyen və kinoprodüsser Kerienn Flinn də olub. Qeyd edək ki, turizm məqsədilə istifadə olunan bu kosmik gəmilər tamamilə orbitə deyil, suborbital hündürlüyə qalxırlar. Bu dəfə də 6 qadından ibvrət oluna ekipajın olduğu kapsula 10-12 dəqiqəlik uçuşdan sonra geri qayıdıb. Bu müddətdə uçuş iştirakçıları çəkisizlikdə də ola biliblər.
Qeyd edək ki, «Blue Origin» şirkəti «Amazon»un sahibinə məxsusdur. Bu şirkət suborbital kosmik məkanlara turizm səfərləri təşkil edir və b bu sahədə «Virgin Galactic»lə rəqabətdədir. «Virgin Galactic»də kosmik gəmi ilə səyahət etmək 600 min dollara, və ya təqribən 1 milyon manata başa gəlir. «New Shepard» gəmisində səyahətin qiyməti isə hələ açıqlanmayıb.