Beynəlxalq araşdırma komandası aşkar edib ki, kosmetikaların yarıdan çoxunun tərkibində per- və poliftoralkil maddələrin (PFAS) həcmi normadan artıqdır.
«Maskalı həyat» Azərbaycanda kosmetika satışlarını - KƏSKİN AZALDIB
Bu maddələrin əksəriyyəti müxtəlif xəstəliklər, o cümlədən xərçəng yaradır.
Araşdırmaçılar öz nəticələrini «Environmental Science & Technology Letters» jurnalında bölüşüblər.
«İdeal»ın keçmiş sahibi: «Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar» - EKSKLÜZİV
Notr-Dam universitetinin alimləri, İndiana və Toronto universitetlərinin, eləcə də İsveçrə ali texniki məktəbinin alimləri ilə birlikdə ABŞ və Kanadada satılan 231 kosmetika nümunəsini araşdırıblar. Bura tonal kremlər, suya davamlı tuşlar və maye dodaq boyaları daxildir.
Birincilərdə zərərli maddələrin həcmi 63%, ikincidə 55%, üçüncüdə 47% təşkil edib. Bu maddələrin olduğunu həmin kosmetikalaın tərkibindəki ftorun miqdarı bəlli edib.
Tərkibində yüksək həddə ftor olan 29 məhsul yenidən test edilib. Onların tərkibində 4-13 PFAS maddələri aşkar edilib. Maraqlıdır ki, həmin maddələrin yalnız birinin üzərindək bu barədə qeyd vardı.
«Kosmetikalardan milyonların istifadə etdiyini nəzərə alanda, bu nəticələr xüsusi narahatlıq doğurur. Burada risk hamı üçün var – bu məhsullar gözdə və üzdə istifadə edilir. Onlar dəri və ya göz-yaşı burun vasitəsilə insan bədəninin daxilinə, onun nəfəs sisteminə daxil ola bilər və ya insanlar tərəfindən bilmədən yeyilə bilər.
PFAS — möhkəm və dağılmayan kimyəvi maddələrdir, onlar insanın daxilinə toplanaraq orada uzun müddət qalırlar»-deyə araşdırmanın aparıcı müəllifi professor Qrem Pisli bildirib.