2023-cü ildə Azərbaycanda 2 min 614 kq qızıl hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 17,7% azdır.
Azərbaycanda qızıl hasilatı 16% azalıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 3 min 762,2 kq gümüş (azalma 50,5%) hasil edilib.
Dekabrda 106,1 kq qızıl (noyabrda 376,7 kq) və 91,1 kq gümüş (noyabrda 372 kq) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 yanvar 2024-cü il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 321,2 kq, gümüş ehtiyatının həcmi 121 kq təşkil edir. (İnterfaks-Azərbaycan)